Şah dağ
Şahdağ — Böyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4243 metrdir, Qusar rayonu ərazisindədir.
Qusarın yerli rəvayətlərinin birində deyilir ki, çoxsaylı düşmən orduları gəldiyi zaman, yerli əhali sığınacaq olaraq düşmən üçün əlçatmaz olan bu dağa qalxarmış və gecə qəfildən enib düşmənləri məhv edərmiş. Bunun üçün bura şah dağ, yəni şahın yeganə əlçatmaz yeri deyilirdi.
Başqa rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, yoldaşı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. Şah, yoldaşı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur.